İspaniyanın "Real" klubunun sabiq futbolçusu Julio Sezar baş məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, keçmiş müdafiəçi Ukraynanın "Olimpik" klubuna baş məşqçi təyin olunub. 
 
Bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
 
Sezar futbolçu karyerası ərzində "Valyadolid", "Real", "Milan", "Benfika", "Bolton" kimi klublarda forma geyinib. 2014-cü ildə karyerasını bitirən keçmiş müdafiəçi, "Real"ın akademiyasında məşqçi kimi çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest