Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi İngiltərənin "çelsi" klubunun gənc qapıçısı Marçin Bulkanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 30 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, 2016-cı ildən "çelsi"də çıxış edən polşalı qolkiper əsas komandada oyun keçirməyib. O, London klubunun gənclərdən ibarət komandasında forma geyinib. ümumilikdə 31 oyun keçirən Bulka 42 qol buraxıb. O, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
 
Keçmiş klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün azad agent statususunda transfer olunan Bulkaya görə PSJ "çelsi"yə heç bir təzminat ödəməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest