Almaniya çempionatının 2-ci Bundesliqasında XI turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" öz meydanında "Arminiya"nı qəbul edib.

Yarımmüdafiəçimiz ehtiyat oyunçular skamyasında başladığı oyunun 66-cı dəqiqəsində meydana daxil olub. Nazarovun komanda yoldaşını əvəzləməsindən dərhal sonra hesabı açan "Aue" 1:0 hesabı ilə qalib gəlib.

Nazrovun özü isə heç nə ilə fərqlənməyib. Bununla da 11 matçdan sonra xal hesabını 14-ə çatdıran "Aue" 12-ci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest