"Komadamızda yüksək səviyyəli futbolçular cəmləşib. Hər kəs bir-birinə kömək edərək hazırlaşır və məşqçinin tapşırıqlarına əməl etməyə çalışır. Bizi "Qarabağ"la iki maraqlı oyun gözləyir. "Qarabağ" güclü komandadı".

"Partizani"də özümü yaxşı hiss edirəm. Ancaq cəmi 2 məşqdə iştirak etmişəm. Bu üzdən tam hazır olduğumu deyə bilmərəm". Matc.az saytı xəbər verir ki, bunu "Partizani"nin hücumçusu Jozef Ekuban deyib.

Müqavilə ilə "Verona"ya məxsus olan 19 yaşlı forvardı Tirana klubu yenicə icarəyə götürüb. "Lids"dən "Trabzonspor"a keçən sabiq "Partizani"li Kaleb Ekubanın qardaşı olan Jozef yerli mətbuata açıqlamasında çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

O, "Qarabağ"ı keçəcək gücdə olduqlarını düşünür: "Komadamızda yüksək səviyyəli futbolçular cəmləşib. Hər kəs bir-birinə kömək edərək hazırlaşır və məşqçinin tapşırıqlarına əməl etməyə çalışır. Bizi "Qarabağ"la iki maraqlı oyun gözləyir. "Qarabağ" güclü komandadı. Ancaq onları mübarizədən kənarlaşdırmaq və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest