"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə səfər görüşü canlı yayımlanacaq. Azarkeşlər iyulun 11-də Tiranada baş tutacaq qarşılaşmaya televiziya vasitəsilə baxmaq imkanı qazanacaqlar.

"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə səfər görüşü canlı yayımlanacaq. Matc.az saytının məlumatına görə, azarkeşlər iyulun 10-da Tiranada baş tutacaq qarşılaşmaya televiziya vasitəsilə baxmaq imkanı qazanacaqlar.

Belə ki, "Selman Stermasi" stadionunda keçiriləcək matçı CBC Sport telekanalı canlı yayımlayacaq. Görüş Bakı vaxtı ilə 19:30-da start götürəcək.

"Qarabağ"dan fərqli, "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə səfər matçının canlı yayımlanma ehtimalı çox azdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest