"Atletiko Paranaense"nin futbolçusu Renan Lodinin "Atletiko"ya keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, braziliyalı müdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. 21 yaşlı oyunçu madridlilərlə 6 illik müqaviləyə qol çəkib. "Atletiko" ona qədər Ektor Errera, Felipe və Joao Feliksi transfer etmişdi.

Qeyd edək ki, Renan Lodi 2016-cı ildən bəri "Atletiko Paranaense"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest