"Atletiko" hücumçusu Antuan Qrizmannı cərimələyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb fransalı futbolçunun komandaya qoşulmamasıdı.

Məsələ burasındadı ki, 28 yaşlı forvard dünən toplanışa başlayan komandanın məşqlərinə qatılmayıb. Bu üzdən rəhbərlik onu 200 min avro məbləğində cərimələyib. Madridlilər futbolçu ilə danışıq apardığı üçün "Barselona"nı günahlandırıb.

Qeyd edək ki, "Barselona"nın iyulun 12-də Qrizmannın transferini açıqlaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest