"Keşlə" daha iki transferi açıqlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İlkin Qırtımov və Emin Mehdiyevlə münasibətlər rəsmiləşib.

Hər iki oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Keşlə" buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşkonu heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest