Türkiyənin "Fənərbaxça" klubu "Rizəspor"dan transfer etdiyi kosovalı hücumçu Vedat Muriqini transferini tam rəsmiləşdirib. Matc.az xəbər verir ki, Super Liqa klubunun rəsmi saytı bu gün yeni forvardla 4 illik müqaviləyə imza atıldığını açıqlayıb.
 
Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.
 
Kosovo yığmasının forvardı geridə qalan mövsümdə "Rizəspor"un heyətində 34 oyuna çıxıb, 17 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest