"İnter" "Mançester Yunayted"in hücumçusu Romelu Lukakudan əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "neradzurra" Belçika millisinin üzvünü bu yay heyətinə qatmaqda qərarlıdı.

İtalyanlar keçidi tezləşdirmək üçün nümayəndələrini Mançesterə göndərib. Onlar sabah "qırmızı şeytanlar"ın rəhbərliyi ilə bir araya gələcək və transferi müzakirə edəcəklər. Görüşdən sonra "İnter" Lukakunun keçidini açıqlamağı planlaşdırır.

Qeyd edək ki, Lukakunun alınmasını "İnter"in yeni baş məşqçisi Antonio Konte rəhbərlikdən tələb edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest