"Barselona"nın müdafiəçisi Jerar Pike 2 milyon avroluq cəriməni ödəməli olacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu vergidən yayınmaqda ittiham olunub.

Futbolçunun Mərkəzi İnzibati və İqtisadi Məhkəmənin qərarından şikayətini İspaniya Milli Məhkəmə Palatası rədd edib. Məhkəmə 2016-cı ildə verilmiş bu qərarı qüvvədə saxlayıb və 32 yaşlı müdafiəçidən 2008-2010-cu illərdə 2 milyon avroluq vergi borcunu ödəməsini tələb edib.

Pike indi ölkənin Ali Məhkəməsinə müraciət edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest