Mario Balotelli "Marsel"lə yollarını ayırıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa klubunun rəhbəri Jak-Anri Eyro deyib.

O bildirib ki, İtaliya millisinin hücumçusunun müqavilə müddəti rəsmən başa çatıb və klub ona yeni sözləşmə təklif etməyəcək. Bu isə o deməkdi ki, artıq azad agent statusu alan Balotelli hazırda klubsuzdu.

Qeyd edək ki, Mario Balotelli "Marsel"ə bu ilin yanvarında "Nitsa"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest