"Valensiya"nın hücumçusu Rodriqo Moreno karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Napoli" 28 yaşlı forvarda "elçi düşüb".

Neapol təmsilçisi qarşı tərəflə danışıqlara artıq start verib. A seriyası təmsilçisinin baş məşqçisi Karlo Ançelotti onun mütləq alınmasını istəyib. Hücumçunun transfer qiyməti 70 milyon avroya bərabərdi.

Lakin "Napoli" bu mübarizədə tək deyil. Luis Suaresə əvəzləyici axtarışında olan "Barselona" da Rodriqonun transferində maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest