"Qəbələ"nin hücumçusu Ceyms Adeniyinin yeni klubu rəsmən müəyyənləşib. 27 yaşlı futbolçu İsrailə köçüb. Nigeriyalı oyunçu bu ölkənin yüksək liqa təmsilçisi "Hapoel İroni" ilə anlaşıb. İsrail təmsilçisi 26 yaşlı forvardı 1 illik icarəyə götürüb.

"Qəbələ"nin hücumçusu Ceyms Adeniyinin yeni klubu rəsmən müəyyənləşib. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu İsrailə köçüb.

Nigeriyalı oyunçu bu ölkənin yüksək liqa təmsilçisi "Hapoel İroni" ilə anlaşıb. Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. İsrail təmsilçisi 26 yaşlı forvardı 1 illik icarəyə götürüb. "Hapoel İroni" bu keçid üçün qarşı tərəfə 100 min avro ödəyib. Kiryat-Şmona klubu gələn ilin yayında Adeniyini 200 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, "Qəbələ" Adeniyini ötən il Albaniyanın "Skenderbeu" klubundan transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest