"Yuventus"un hücumçusu Mario Mandzukiç yenidən Almaniyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı forvard sabiq komandası "Bavariya"nın maraq dairəsindədi.

Münhen klubunun idman direktoru Hasan Salihamidziç onun transferi üçün İtaliya təmsilçisi ilə danışıqlara başlayıb. Almanlar onu əsas forvard Robert Levandovskiyə layiqli əvəzləyici qismində görür. Xorvatiya millisinin sabiq üzvü özü də bu keçidin əleyhinə deyil.

Qeyd edək ki, Mario Mandzukiçin "Yuventus"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest