"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu gündən etibarən qarşılaşmanın biletlərini əldə etmək mümkün olacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 manat təşki edir.

 

Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Gənclik və 28 Mall (iticket satış məntəqəsi);

Park Bulbar AVM (iticket satış məntəqəsi);

ASAN 2, 3 (Yasamal, Amay t/m).

 

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da start götürəcək. Albaniyadakı ilk qarşılaşma qolsuz bərabərliklə tamamlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest