"İnter"in hücumçusu Lautaro Martines "Barselona"ya keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu argentinalı forvardın meneceri Alberto Yake deyib.

O, futbolçunun İspaniya çempionunun diqqət mərkəzində olduğunu təsdiqləyib: "Barselona"nın Martineslə maraqlanması doğrudu. Düzdü, heç kim bizimlə əlaqə saxlamayıb. Amma biz Kataloniya klubunun onu yaxından izlədiyini bilirik. Lautaronun da "Barselona"nı çox bəyəndiyini deyə bilərəm".

Qeyd edək ki, "İnter"də əsas heyətə düşməkdə çətinlik çəkən gənc hücumçu komandasını dəyişmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest