"İnter" "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında rəsmi danışıqlara start verilib.

"Neradzurra"nın idman direktoru Pyero Ausilio qarşı tərəflə görüşlərin davam etdiyini təsdiqləyib. O, ingilislərin rəsmiləri ilə bir araya gəldiklərini və keçidin detallarını müzakirə etdiklərini vurğulayıb.

Bu transferin "İnter"ə 85 milyon avroya başa gəlməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest