Bu gün futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilir. Matc.az xəbər verir ki, 2019/20 mövsümünün açılış oyununda Tula "Arsenal"ı doğma meydanda Moskva "Dinamo"su ilə qarşılaşacaq.
 
Saat 21:00-da start götürəcək oyunda qonaq komandanın heyətində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev ilk dəqiqələrdən meydanda olacaq. Bu yay "Dinamo"ya transfer olunan futbolçumuz bununla da yeni klubunda rəsmən debüt edəcək.
 
Qeyd edək ki, Tula "Arsenal"ı da "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibidi. "Ağ-qaralar" Moldovanın "Speranta" klubunu mübarizdən kənarlaşdırsa, məhz Rusiya klubu ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest