Bu gün futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib. Matc.az xəbər verir ki, 2019/20 mövsümünün açılış oyununda Tula "Arsenal"ı doğma meydanda Moskva "Dinamo"su ilə qarşılaşıb.
 
Qonaq komandanın heyətində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev ilk dəqiqələrdən meydanda olub. Bu yay "Dinamo"ya transfer olunan futbolçumuz start heyətdə meydana çıxmaqla həm də yeni klubunda rəsmən debüt edib. O, 88-ci dəqiqədə əvəzlənib. Komandası isə meydanı 1 xalla tərk edib – 1:1.
 
Qeyd edək ki, Tula "Arsenal"ı "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibidi. "Ağ-qaralar" Moldovanın "Speranta" klubunu mübarizdən kənarlaşdırsa, məhz Rusiya klubu ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest