Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" transfer çalışmalarını da sürətləndirib.Bakılılar daha bir əcnəbi futbolçu ilə anlaşıb. Söhbət müdafiəçi Miloş Bakraçdan gedir. Monteneqrolu futbolçunun "Zirə"yə keçidi rəsmiləşib.

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" transfer çalışmalarını da sürətləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılılar daha bir əcnəbi futbolçu ilə anlaşıb.

Söhbət müdafiəçi Miloş Bakraçdan gedir. "OFK Titoqrad"la yollarını ayıran monteneqrolu futbolçunun "Zirə"yə keçidi rəsmiləşib. 27 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Miloş Bakraç bundan öncə "Syon" (İsveçrə), "Budunçost" (Monteneqro), "Travnik" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Jelejezniçar" (Bosniya və Herseqovina) və "OFK Titoqrad"ın (Monteneqro) formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest