"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanın qiymətini qaldırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun və meneceri Mino Rayolanın açıqlaması olub.

Belə ki, Fransa millisinin üzvü ayrılmaq istədiyini açıqlayıb, menecer isə ona haqq qazandırıb. Bu üzdən Premyer Liqa təmsilçisi əvvəl 170 milyon avroya razı idisə, indi 200 milyon avro qiymət qoyub.

Onun keçidi uğrunda "Yuventus" və "Real" mübarizə aparır. "Kral klubu"nun 130 milyon avroluq təklifi rədd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest