"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Siti" gənc futbolçunun xidmətində maraqlıdı.

"Şəhərlilər" 21 yaşlı oyunçunun transferi üçün 80 milyon avro ayırıb. Lakin de Yonq eyni zamanda "Real" və "Barselona"nın da diqqət mərkəzindədi. "Ayaks" son olaraq "Tottenhem"in 50 milyon avroluq təklifini rədd etmişdi.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm Hollandiya çempionatında 7 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest