"Keşlə"nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, sözügedən kollektiv 1-ci divizionun digər təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib.
 
"ASK Arena"da baş tutan qarşılaşmada baş məşqçi Rüstəm Əliyevin yetirmələri qonaq komanda üzərində 4:1 hesabı ilə qələbə qazanıblar. "Keşlə"nin heyətində Samir Abdullayev, Elmir Rəhimzadə (2) və Tunar Mütəllmov fərqləniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest