Futbol üzrə İsveç çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv səfərdə "Eskilstuna" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq üzvü 51-ci dəqiqədə sarı vərəqə də alıb.
 
"Kalmar" hazırda 13 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest