Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi Super Liqa təmsilçisi Fransanın "Monpelye" klubunun futbolçusu Covanni Sionu transfer edib.
 
Bu barədə elitaya yenicə yüksəlmiş paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
Karyerasına "Nant"da başlayan Sio, daha sonra "Sion", "Volfsburq",
"Auqsburq", "Real Sosyedad", "Soşo", "Bazel", "Bastiya" və "Renn" klublarının da şərəfini qoruyub. "Monako"nun ötən mövsüm Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttihad" klubuna icarəyə verdiyi futbolçu bu komandada 21 oyuna 7 qolla yadda qalıb. 
 
Fil Dişi Sahili milli komandasında 25 oyuna çıxan forvard 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest