"Səbail"in ikinci komandasının yeni baş məşqçisi müəyyənləşib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu post Siyasət Əsgərova tapşırılıb.

Pro kateqoriyalı mütəxəssis I divizionda mübarizə aparan komandaya rəhbərlik edəcək. Komandanın qapıçılar üzrə məşqçisi vəzifəsində isə Rauf Salamov çalışacaq. Onlar "Səbail-2"də Elman Sultanov və Toğrul Əhmədovu əvəzləyiblər.

Qeyd edək ki, Siyasət Əsgərov eyni zamanda qızlardan ibarət U-17 yığmamızı çalşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest