Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Tokio-2020-nin seçmə mərhələsinə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, hazırda Bolqarıstanda olan komandamız təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
 
Covanni Kapraranın yetirmələri bu dəfə də meydan sahibləri ilə qarşılaşıblar. Dünən olduğu kimi, bu gün də görüş 4 hissə davam edib. Lakin bu dəfə sevinən tərəf millimiz olub - 3:1 (25:23, 25:14, 17:25, 25:21).
 
Xatırladaq ki, ilk oyunda yığmamız 1:3 hesabıyla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest