ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan daha bir futbolçu İsrailə üz tutub. Matc.az xəbər verir ki, bölgə klubunun albaniyalı sabiq futbolçusu Sabien Lilay da karyerasını İsraildə davam etdirəcək.
 
30 yaşlı yarımmüdafəçi bu ölkənin "Seksiya Nes-Tsiona" klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi sayt məlumat yayıb. Lilay yüksək liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, Lilay "Qəbələ"yə ötən yay gəlmişdi. Bu yay "Qəbələ"nin daha bir futbolçusu İsrail çempionatına üz tutub. Belə ki, bir neçə gün öncə Ceyms Adeniyi də icarə əsasında İsrailin "İroni" (Kiryat Şimona) klubuna keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest