İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi "Selta"dan hücumçu Maksi Qomesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı uruqvaylı forvardla 5 illik müqavilə imzalanıb.
 
İspaniya mətbuatının yazdığına görə, bu transfer "Valensiya"ya 50 milyon avroya başa gəlib. Qomesin müqaviləsində onun sərbəstqalma məbləği 140 milyon avro göstərilib.
 
"Valensiya" bu transferin tərkib hissəsi kimi öz hücumçusu Santi Minanı da "Selta"ya verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı ispaniyalı futbolçu artıq yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest