Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Günün ilk matçında "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edib. Tovuz şəhər stadionunda reallaşan görüş meydan sahiblərinin 1:0 hesablı dramatik qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu əlavə vaxtın son saniyələrində Filip Damyanoviç vurub. Bu nəticə ilə Kurban Berdiyevin yetirmələri xallarını 11-ə çatdırıblar.

Günün digər qarşılaşmasında isə "Sabah" doğma divarlar arasında "İmişli"ni sınağa çəkib. "Bank Respublika Arena"da keçirilən görüşdə Masazır klubu bölgə təmsilçisini 3:1 hesabı ilə məğlub edib. İmişli klubunun yeganə təsəlli qolunu isə son dəqiqədə yeni transfer Ronaldo de Souza rəqib qapısından keçirib.

Premyer Liqa
VI tur

19 sentyabr (şənbə)

"Sabah" – "İmişli" - 3:1
Qollar: Sadiq Məmmədzadə, 20 (aq), Umarali Raxmonaliyev, 35, Kahim Parris, 90+5 // Ronaldo de Souza, 90
Qırmızı vərəqə: Luis Silvestr, 90+2
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədo
VAR: Rauf Cabarov 
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev 
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena"

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 37. Du Keyros 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 16. Rauf Rüstəmli 11. Kahim Parris 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 18. Karlos Eduardo 23. Yunes Laşaab
Baş məşqçi: Valdas Dambrauskas

"İmişli": 22. Sadiq Məmmədzadə 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 80. Deko
Ehtiyat oyunçular: 1. Yusif İmanov 99. İmam Əli 17. Seyxan Fərəcov 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 10. Dioqo Kardozu 7. Luis Silvestr 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov


"Turan Tovuz" – "Zirə" - 1:0
Qol: 
Filip Damyanoviç, 90+6
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu

"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 23. Alexandro Serrano 90. Jo Batista 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 25. Denis Marandiçi 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 3. Enrike Silva 15. Emmanuel Hakman 8. David Tavareş 28. Aleksa Yankoviç
Baş məşqçi: Kurban Berdiyev

"Zirə": 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 21. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 27. Bayere Lue 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 9. Davit Volkov 10. Giorgi Papunaşvili 3. Dimitri Leqbo
Baş məşqçi: Rəşad Sadıqov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest