AFFA Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar tender elan edib. Matc.az  xəbər verir ki, bu barədə məlumatı qurum rəsmi saytı vasitəsilə yayıb.

Tenderdə iştirak etmək istəyənlər "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini müvafiq qaydada dolduraraq təkliflərini AFFA-ya göndərməlidilər. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"i təqdim olunmayacağı halda, həmin təklif tenderə qatıla bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini avqustun 5-dək tender@affa.az elektron ünvanına göndərə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest