İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Portu"dan Oliver Torresin keçidini həll edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 
 
"Sevilya"nın bu keçid üçün qarşı tərəfə 12 milyon avro təzminat ödədiyi bildirilir.
 
Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm "Portu"nun heyətində 25 oyun keçirib və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest