Türkiyənin "Yeni Malatyaspor" klubunun ilkin razılıq əldə etdiyi, hətta Türkiyəyə gətirdiyi avstraliyalı yarımmüdafiəçi Luk Brettanı transfer etmək istəyi baş tutmayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, vaxtilə İngiltərənin "Mançester Siti" və "Bolton" klublarının heyətinə qatdığı, son üç mövsümdə "Melburn Siti"də çıxış edən 29 yaşlı futbolçu son anda ailəvi səbəblərlə əlaqədar "Yeni Malatyaspor"la müqavilə imzalamaqdan imtina edib: "Müqavilənin bütün şərtlərində razılıq əldə olunmasına baxmayaraq, Brettanın ailəvi səbəblərlə əlaqədar imtinası üzündən transfer dondurulub".
 
Əvəzində Super Liqa klubu zimbabveli mərkəz müdafiəçisi Tenaqe Hadebenin transferini uğurla tamamlayıb. Cənubi Afrika Respublikasının "Kayzer çiefs" komandasında çıxış edən 23 yaşlı futbolçu artıq Türkiyəyə gələrək tibbi yoxlanışdan keçib. Onun tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest