İspaniya çempionu "Barselona" növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Yaponiyanın "Kasima Antlers" klubunun futbolçusu Hiroki Abe bundan sonra Kataloniya təmsilçisinin uğurları üçün çalışacaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 
 
Bu transfer üçün Kataloniya təmsilçisi Yaponiya klubuna 1.1 milyon avro təzminat ödəyib. Onun növbəti mövsüm əvəzedici komandada oynayacağı və təzminat qiymətinin 40 milyon avro olduğu açıqlanıb. Amma yaponiyalı futbolçu əsas komandaya yüksələcəyi təqdirdə, onun təzminat qiyməti avtomatik 100 milyon avro olacaq.
 
Yaponiya millisinin üzvü olan Abe, ötən mövsüm 25 oyunda 2 qol vurub, 2 qol ötürməsi verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest