"Fiorentina"nın yarımmüdafiəçisi Cordan Veretu klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı oyunçu "Roma"ya keçməyə yaxındı.

Fransalı futbolçu ölkə xaricindən təkliflər almasına baxmayaraq, A seriyasını tərk etmək fikrində deyil. Ancaq o, "Fiorentina"da qalmağı da düşünmür. "Milan" və "Roma" onunla bağlı danışıq aparsa da, birincilər sonradan geri addım atıblar. Futbolçusunun ayrılmaq istəyini nəzərə alan Florensiya klubu 25 milyon avroluq tələbi 20 milyona endirib. Klublar arasında ilkin anlaşmaya əsasən, bu transfer 19 milyon avroya başa gələcək. Ancaq "Roma" "Fiorentina"ya müəyyən məbləğdə bonus da ödəyəcək.

Qeyd edək ki, Cordan Veretu "Fiorentina"ya 2017-ci ildə "Aston Villa"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest