"Qəbələ"nin yetirməsi Samir Qurbanov Çexiyanın "Viktoriya Jijkov" klubu ilə müqavilə imzalayıb. 18 yaşlı oyunçu qarşıdakı iki il ərzində icarə əsasında Praqa təmsilçisinin şərəfini qoruyacaq. İcarə müddətində "Viktoriya Jijkov" "Qəbələ"yə ödəniş etməklə futbolçunun transfer hüququna tam sahib ola bilər.

"Qəbələ"nin yetirməsi Samir Qurbanov çexiyanın "Viktoriya Jijkov" klubu ilə müqavilə imzalayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı oyunçu qarşıdakı iki il ərzində icarə əsasında Praqa təmsilçisinin şərəfini qoruyacaq.

Klublar arasındakı razılaşmaya əsasən, icarə müddətində "Viktoriya Jijkov" "Qəbələ"yə ödəniş etməklə futbolçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin Samir Qurbanovun satışından "Qəbələ" 20% əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, gənc futbolçu 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Youth League turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest