Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, turun ikinci oun günündə iki qarşılaşma baş tutub.
"Qarabağ" səfərdə İmişli komandasının qonağı olub. Yevlax şəhər stadionunda təşkil olunan matçda Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.
Günün digər matçında isə "Turan Tovuz" komandası səfərdə "Şəfa" ilə qarşılaşıb. "SOCAR Polymer Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Premyer Liqa
VII tur
11 oktyabr (bazar)
"Şəfa" – "Turan Tovuz" - 0:1
Qol: Dioqo Balau, 45+2
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
"SOCAR Polymer Arena"
"Şəfa": 12. Əlirza Müştəbazadə 5. Arsen Ağcabəyov (k) 83. Nihad Quliyev 29. Vüsal Qənbərov 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 8. Vlad Pop 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 99. Məmməd Hüseynov 96. Ayxan Əlizadə 28. Murad Musayev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 21. İsmayıl Zülfüqarlı 6. Fərid Yusifli 23. Nahid Əliyev 77. Elmar Məmmədov 9. Luis Felipe 22. Umar Diav 7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Besnuar 3. Enrike Silva 23. Alexandro Serrano 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 15. Emmanuel Hakman 19. Roberto Olabe 25. Denis Marandiçi 28. Aleksa Yankoviç
Baş məşqçi: Kurban Berdiyev
"İmişli" – "Qarabağ" - 0:1
Qol: Aleksey Kaşuk, 59
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 80. Deko
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
"Qarabağ": 23. Martin Zlomisliç 22. Musa Qurbanlı 20. Kadi Borqes (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 7. Jali Muaddib 35. Pedro Bikalyo 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 8. Marko Yankoviç 29. Renaldo Sefas 9. Zakaria Savo 11. Reda Xadra 88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov













