Növbəti mövsümə hazırlığını davam etdirən "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Sony Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
 
Haitili futbolçu bundan öncə "Boka Xuniors B" (Argentina), "San Luis B" (Meksika), "Altamira" (Meksika), SRKC (Banqladeş), "Mohun Baqan" (Hindistan) və "Mumbay Siti" (Hindistan) klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest