UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin II turunun ikinci günündə ümumilikdə 9 qarşılaşma baş tutub.

Turnirin əsas favoritlərindən olan "Liverpul", səfərdə LASK kollektivini gərgin keçən oyunda 6:3 hesabı ilə məğlub edib. İngiltərənin digər təmsilçisi "Aston Villa" isə doğma meydanda Türkiyənin "Fənərbaxça" klubuna heç bir şans tanımayaraq 6:0 hesablı möhtəşəm qələbə qazanıb.

Fransa nəhəngi PSJ isə çətin İngiltərə səfərində "Mançester Siti" üzərində üstünlük quraraq meydandan 4:2 hesablı qələbə ilə ayrılıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
14 oktyabr

LASK (Avstriya) – "Liverpul" (İngiltərə) - 3:6

"Feyenoord" (Niderland) – "Komo" (İtaliya) - 3:2

"Mançester Siti" (İngiltərə) – PSJ (Fransa) - 2:4

"Roma" (İtaliya) – "Real" (İspaniya) - 3:4

"Aston Villa" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə) - 6:0

"Betis" (İspaniya) – "Portu" (Portuqaliya) - 3:2

"Budo-Qlimt" (Norveç) – "Borussiya" (Almaniya) - 1:0

"Slovan" (Slovakiya) – "Ştutqart" (Almaniya) - 0:3

"Şaxtyor" (Ukrayna) – AEK (Yunanıstan) - 3:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest