Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Abdu Diallo PSJ-yə transfer olunub. Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
 
PSJ-nin fransalı futbolçu üçün Dortmund təmsilçisinə 32 milyon avo ödədiyi bildirilir.
 
Diallo ötən mövsüm "Borussiya"nın heyətinə 38 oyuan 1 qol vurub, 1 məhsuldar ötürmə edib. "Monako"nun yetirməsi olan futbolçu, Dortmund klubundan öncə "Sulte-Varegem" və "Maynts"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest