Bu mövsüm çempionlar Liqasında mübarizə aparacaq "Qalatasaray" daha bir futbolçunu heyətinə qatır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fulhem"in yarımmüdafiəçisi Jan Mişel Seri "cim-bom"un formasını geyinməyə hazırlaşır.

Klublar arasında danışıqlar artıq yekunlaşıb və "Fulhem" onu 1 illik icarəyə verməyə razı olub. Fil Dişi Sahili yığmasının üzvü sabah İstanbula səfər edəcək. 27 yaşlı dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Jan Mişel Seri "Fulhem"ə ötən il "Nitsa"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest