İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi Lion "Olimpik"indən Hamza Rafianı transfer edib. 
 
Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
"Yuventus" Rafia üçün Fransa klubuna 400 min avro təzminat ödəyib. "Qoca sinyora" tunisli futbolçunun növbəti satışından gələn gəlirin 20 faizini Lion təmsilçisinə verəcək.
 
Yarımmüdafiəçi növbəti mövsümdə "Yuventus"un gənclərdən ibarət komandasına çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest