"Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram"

"Qarabağ" bu gün 2 qol vurdu, biz isə bunu edə bilmədik. Mərhələ keçməməyimizə səbəb də bu oldu". Matc.az saytı xəbər verir ki, bu sözlər "Partizani"nin baş məşqçisi Franko Lerdaya məxsusdu.

çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Tiranada qolsuz bərabərə qalan Albaniya çempionu Bakıdakı cavab qarşılaşmasında 0:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasına yuvarlanıb.

Oyunsonrası mətbuat konfransında Lerda məğlubiyyəti bu fikirlərlə əsaslandırıb: "Futbolda hər şey ola bilər. Bizim də 3-4 qol epizodumuz oldu. Əvəzində rəqib əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı".

- Hər iki oyunu müdafiədə keçirdiniz. İmkanınız olsaydı, yenidən müdafiə futbolu oynadardınız, yoxsa bunu dəyişərdiniz?

- Bu, rəqibin gücündən, kimə qarşı oynamağınızdan asılıdı. Güclü rəqibə qarşı təbii ki, müdafiə futbolu oynamalısan. Amma öz gücümüzə görə rəqiblə hücum futbolu göstərmək olar.

- Bakıdan qıcıqla ayrılırsınız?

- Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram.

- Sizcə, "Qarabağ" hansı mərhələyə qədər irəliləyə bilər?

- "Qarabağ" güclü komandadı. Hansı mərhələyə qədər adlaya biləcəklərini dəqiq deyə bilmərəm. Kintana kimi, meydana daxil olanda kimi fərqlənməyi bacaran oyunçuları var. Ailton Silvanı da qeyd etmək olar.

- Su şüşəsinə təpik vurdunuz və sarı vərəqə aldınız. Bu, penaltilərlə bağlı planınızın pozulmasından qaynaqlandı?

- Bu, oyun əsnasında olan bir hiss idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest