İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Ayntraxt" klubunun 25 yaşlı futbolçusu Sebastien Halleri heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu ilə 5 illik müqavilə bağladığını açıqlayan "Vest Hem", futbolçu üçün klub tarixinin rekord məbləğini ödədiklərini bildirib.
 
Klub, futbolçu üçün ödədikləri təzminat məbləğini açıqlamasa da, bu məbləğin 45 milyon avro olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest