Qadın voleybolçular arasında keçirilən CEV Çempionlar Liqasında mübarizə davam edir. Matc.az xəbər verir ki, Azərbaycan çempionu “Turan” turnirin 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” (Plovdiv) komandası ilə qarşılaşıb.

Tovuz təmsilçisi səfərdə baş tutan görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Matçın bütün setlərində üstün olan “Turan” ilk iki hissəni 25:22, üçüncü seti isə 25:20 hesabı ilə qazanıb. Beləliklə, qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüş ümumilikdə 81 dəqiqə davam edib.

Çempionlar Liqası
3 oktyabr

20:30 “Maritsa” (Plovdiv) – “Turan” (Tovuz)  0:3 (22:25, 22:25, 20:25)

Kolodrum zalı

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest