"Ayaks"ın kapitanı Mattiys de Liqtin "Yuventus"a transferi rəsmiləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən Turində tibbi müayinədən keçən 19 yaşlı müdafiəçi bu gün münasibətləri rəsmiləşdirib.

Hollandiya millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə bağlayıb. Keçid Amsterdam təmsilçisinə 75 milyon avro qazandırıb. Hətta hollandlar futbolçunun performansına görə, daha 10,5 milyon avro bonus əldə edə bilərlər.

De Liqtin illik məvacibi isə 12 milyon avro təşkil edəcək. Bununla o, A seriyasının ən yüksək ödənişli müdafiəçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest