PSJ-nin hücumçusu Neymar "Yuventus"a keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı superulduzun atası onu İtaliya çempionuna aparmağa çalışır.

Neymar "Barselona"ya qayıtmağa can atsa da, fransızlar onu Kataloniya klubuna satmağa müsbət yanaşmır. Futbolçunun atası isə "Yuventus"un idman direktoru Fabio Paratiçi ilə görüşmək üçün yaxın günlərdə Turinə səfər edəcək. Məhz həmin görüşdə transferin detalları müzakirə olunacaq.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest