Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 klubu elitanın digər təmsilçisi – Lion "Olimpik"ində forma geyinən müdafiəçi Jeremi Moreli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Fransada anadan olan, Madaqaskar yığmasının şərəfini qorumuş təcrübəli futbolçu "Loryan"ın yetirməsidi. O, 2002-2011-ci illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. 2011-15-ci illər aralığında Marsel "Olimpik"ində oynamış Morel, 2015-ci ildən də Lion "Olimpik"ində forma geyinirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest