“Oyun bir az sərt keçdi. Bu da başadüşüləndi. Çünki hamı özünü göstərmək istəyir". Matc.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında "Keşlə" ilə keçirilən yoxlama görüşünü (2:2) dəyərləndirib. Abasov təlim-məşq toplanışının gedişindən məmnunluq bildirib.

Baş məşqçini məyus edən məqam isə zədəlilərin olmasıdı: "Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidi. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar".

Samir Abasov toplanışın ilk mərhələsini başa vurduqlarını söyləyib: "Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orda da 4 yoxlama oyununa çıxacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest